“Azercell” 4G üçün Nazirliyə rəsmi müraciət edib

azercell-4g-ucun-nazirliye-resmi-muraciet-edib
Oxunma sayı: 694

“Qafqazinfo”nun məlumatına görə, H. Atəş “Azercell” rəhbərliyini qısa müddət ərzində 3 G-ni Azərbaycanda yüksək səviyyədə tətbiq etdiyinə görə təbrik edib: “Qısa müddətdə keyfiyyətli iş gördüm. Azərbaycan artıq “Azercell”in sayəsində 3G-nin nə olduğunu biləcək. “Telia Sonera” olaraq 4G-ni də Azərbaycan bazarına yaxın vaxtlarda gətirəcəyimizə əminəm. MDB ölkələri arasında Azərbaycan 4G-nin tətbiqinə görə 2-ci, 3-cü ölkə olacaq. Bu xidmətin tətbiqi tariflərin daha da ucuzlaşmasına imkan verəcək”.

H. Atəş həmçinin bildirib ki, “Azercell” artıq 4G xidmətlərinin tətbiqi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət olunub: “4G standartının tətbiqi daha səmərəli tarif siyasəti aparmağa və məlumat ötürmə xidmətlərinin qiymətini endirməyə imkan verəcək”.

H. Atəş onu da əlavə edib ki, 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” yarışmasında iştirakçı ölkələrin mobil rabitə operatorları ilə “Azercell” arasında rouminq qiymətləri xeyli ucuzlaşacaq.

A. Ağan isə qeyd edib ki, “Azercell”in 3G xidmətləri göstərməyə başladığı son bir həftə ərzində 100 minə yaxın abunəçi bu xidmətdən yararlanıb: “Əgər Azərbaycanda 3G xidmətləri tətbiq olunduğu 2009-cu ildən indiyədək 100 min nəfər bu xidmətdən istifadə edirdisə, “Azercell” bu qədər müştərini təkcə son bir həftə ərzində toplayıb”.

Nigar Məmmədli