Azercell “Eurovision” ərəfəsində 4G-ni tətbiq edəcək

azercell-eurovision-erefesinde-4g-ni-tetbiq-edecek
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, bu barədə şirkətin prezidenti Ali Ağan bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib ki, artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 4G xidmətinin göstərilməsi ilə bağlı son sənədləşmə işləri gedir. Onun sözlərinə görə, bu xidmət “Eurovision-2012” yarışması öncəsi tətbiq olunmağa başlayacaq ki, bu da ölkəyə gələn xarici qonaqlara və jurnalistlərə rahat ünsiyyət imkanları yaradacaq.

A. Ağan onu da qeyd edib ki, Azercell artıq 4G xidmətini göstərməyə tam hazırdır: “Biz şirkət olaraq xeyli vaxtdır 4G-yə hazırıq. 4 G-nin tətbiqindən sonra tariflərimizdə hər hansı bahalaşma olacağı gözlənilmir. Əksinə, bəlkə də endirimlər oldu”.