Azercell-in yetişdirdiyi kadr

<b>Azercell-in yetişdirdiyi kadr</b>
Oxunma sayı: 1685

Azercell Telekom MMC fəaliyyətinin bütün sferlarında hər zaman ön sırada qərarlaşıb. Şirkətin kadr siyasəti də hər zaman uğurla həyata keçirilib. İndiyə qədər Azercell Telekom-da püxtələşən və dünyanın nüfuzlu şirkətlərində çalışan yüzlərlə peşəkar simaların adlarını çəkə bilərik. Həmin şəxslər Azərbaycanda telekommunaksiyanın inkişafında müstəsna xidmətləri olmuş insanlardır. Azercell-də püxtələşən insanlar hər zaman “TeliaSonera” ailəsində ən üstün vəzifələrdə çalışıblar və peşəkar kadrlar hesab olunublar. Təsadüfi deyil ki, “Azercell” MDB ölkələri arasında ilk mobil operatordur ki, İİP sertifikatı əldə edib. Bu ona görədir ki, Azercell insan qaynaqlarına daha çox yatırım edir. Burada kadrlar üçün seminarlar, treninqlər, xaricə təcrübəyə göndərilmə və s. yer alır. Məhz bu istiqamətdə Azercell hər zaman ciddi şəkildə plan həyata keçirir, çünki kadr potensialı hər bir şirkətin fəaliyyətində önəmli rol oynayır. Azercell-in yetişdirdiyi və fəxrlə adını çəkdiyi kadrlarından biri də, hazırda TeliaSonera şirkətlər qrupuna daxil olan Özbəkistanın “Ucell” şirkətində satış departamentinin rəhbəri vəzifəsində çalışan Elçin Cabbarovdur. Elçin Cabbarov Bakıda ziyalı ailəsində anadan olub. Uşaqlıqdan hər zaman liderliyə can atıb. Orta məktəbi əla qiymətlərlə bitirən Elçin Prezident Aparatı yanında İdarəçilik Akademiyasına daxil olur. Universitet illərində öz bacarığı və fəallığı ilə seçilən bu gənc təhsilini bitirdikdən sonra zəhmət tələb edilən istənilən işdə çalışmağa razı olur - yetər ki, əməyinin bəhrəsini görsün:” Mənim üçün işin çətin və asan olmasının fərqi yox idi. Mən başa düşürdüm ki, gənclik illərində qazandığım təcrübə mənim gələcək karyeramda önəmli rol oynayacaq. Bu baxımdan dayanmadan, yorulmadan irəliyə doğru addımlayırdım”

2000-ci ildə Elçin Cabbarovun həyatında yeni -Azercell səhifəsi açılır. Azercell-də çalışdığı illərdə uğurlu layihələrə imza atan, peşəkarlığı, əzmliyi və zəhmətkeşliyi ilə seçilən bu insan çox keçmir ki, TeliaSonera şirkətlər qrupuna daxil olan Özbəkistanın “Ucell” şirkətinə dəvət alır. Hər bir insanın çalışmaq arzusunda oldugu TeliaSonera şirkətlər qrupuna daxil olan digər bir şirkətdən gələn təklifi Elçin Cabbarov dəyərləndirməyə bilməzdi. Nəzərə alsaq ki, “TeliaSonera” dünyanın 20-dən artıq ölkəsində 150 milyona qədər insana xidmət göstərir və bu ölkələr sırasında İsveçdən Tacikistana, Norveçdən Nepala qədər ən fərqli coğrafiyaya malik ölkələr var, onda Elçin uğurlarının hələ qarşıda olduğunu başa düşürdü. O, 2008-ci ildə Özbəkistanın “Ucell” şirkətinə satış departamentinin müdiri təyin ediləndə şirkətin abonent sayı 4 milyon nəfər idi. Qısa müddətdə uğurlu fəaliyyətin sayəsində 2011-cu ildə “Ucell”-in Özbəkistanda abonentlərinin sayı 2 dəfə artaraq 8 milyona çatdı. Bütün Özbəkistan ərazisində “Ucell” müştərilərə xidmət üçün 2 mindən artıq məntəqə quruldu. Son iki ildə ölkə telekommunikasiya sisteminə 300 milyon dollardan artıq investisiya qoyuldu. 2009-cu ildə şirkət 3G texnologiyasına keçid etdi və eyni zamanda rouminq müqavilələrinin sayını 265-ə çatdırdı. 3 il ərzində belə bir uğurun qazanılması fantastik görünsə də, Elçin Cabbarov bunu bacardı. Bu gün “UCell” Orta Asiyada yeni texnologiyaların tətbiqi, insanların davamlı ünsiyyəti, sosial məsuliyyət kimi anlayışların flaqmanlarından biridir ki, bu da Elçin Cabbarov sayəsində mümkün olub.

Onun həyata keçirdiyi Korporativ sosial layihələr bu gün Özbəkistanın dörd bir tərəfinə öz töhfəsini verməkdədir. Xüsusilə Səmərqənddə ailə qayğısından məhrum olan uşaqlar üçün Elçinin həyata keçirdiyi onlarla layihələr təqdirəlayiqdir. Cabbarov Özbəkistanın Səmərqənd və Navoi şəhərlərinin “Fəxri vətəndaşı” adına da layiq görülübdür.
Xeyriyyəçilik haqqında danışarkən Elçin bildirir ki, bu artıq onun həyat tərzinə çevrilib:” Doğulduğum ölkədə xeyriyyəçilik, kiməsə yardım etmək bizim həyatımız boyu özümüz üçün yaratdığımız prinsiplərdən biridir. Yəni istənilən Azərbaycanlı ömründə heç olmasa, ən azı 5-10 dəfə kimsəsizlərə əl tutur, onlara yardım göstərir. Belə demək mümkünsə, bu azərbaycanlılara xas bir xüsusiyyətdir. Digər bir tərəfdən Azercell-də çalışdığım illərdə başa düşdüm ki, sosial məsuliyyət hər bir şirkətin fəaliyyətinin əsas istiqaməti olmalıdır”-deyən Elçin Cabbarov onu da vurgulayır ki, hələ gənc ikən qazandığı ilk maaşını da kimsəsiz uşaqlara və kasıb ailələrə xərcləyib.

Çalışdığı “Ucell” şirkətinin gələcək planları haqqında danışarkən Cabbarov vurğulayır ki, o, qazandığı nailiyyətlərlə kifayətlənmək fikrində deyil. Gələcəkdə yeni innovasiya xidmətləri, maraqlı kampaniyalar, abonetlərə keyfiyyətli və sərfəli tarif paketləri təklif etmək “Ucell”-in əsas planlarına daxildir. Bundan əlavə, şirkət əhatə dairəsini genişləndirmək və abonent sayını artırmaq əzmindədir.

“ Hər zaman birinci olmaq, irəli və yalnız irəli - mənim həyat devizim budur! Çətinliklər məni qorxutmur. Başladığım işi uğurla sona çatdırmaq və daha yeni zirvələr əldə etmək! Bunun üçün zəhmət çəkmək yetərlidir”-deyən Elçin Cabbarov bundan sonra da Azərbaycanın və Azercell-in fəxri olmaqda davam edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi