“Azpetrol” partladı - Ölənlər var

azpetrol-partladi-olenler-var-
Oxunma sayı: 695

Rayon Polis Şöbəsindən verilən məlumata görə, partlayış bu gün saat 15:00 radələrində "Azpetrol" yanacaqdoldurma məntəqəsində meydana gəlib. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Hacıqabul rayon Təcili Yardım Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə yerinə 5 təcili yardım briqadası göndərilib.

Ətraf rayonlardan da təcili yardım briqadaları hadisə yerinə cəlb olunub. Hətta şəxsi maşınlar da yaralı daşıyır. Təcili Yardım Şöbəsinə bir neçə yaralı gətirilib ki, onlar tamamilə yanıb.

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Kürdəmirdən Hacıqabula doğru istiqamət götürən şosse yolunda Padar adlanan yerdə baş verən qəza dəhşətli nəticələr doğurub. Təsadüfən hadisə yerində olan XuralTAC əməkdaşının redaksiyaya verdiyi məlumata görə, hadisənin baş verdiyi yerdən təxminən 200 metr həndəvərində hər yer alışıb-yanır: “Burada hazırda böyük tıxac yaranıb. Ətraf od tutub yanır. Onlarla təcili yardım maşınları xəstələri daşıyır. Heç kimi yaxına buraxmırlar, çoxlu ölü olduğu söylənilir.”

Hacıqabul rayon Təcili yardım stansiyasının həkimi Qara Qarayev Milli.Az xəbər portalına bildirdi ki, hadisə yerindən bir az əvvəl qayıdıb: “Xəstəxanaya iki yaralı gətirdim, onlardan biri yolda, digəri isə xəstəxanada keçindi. Hazırda hadisə yerində "İkarus", "Qazel", "Qaz-24", propan daşıyan maşın yanır. Hadisə yerinə yaxın düşmək olmur. Sərnişin avtobusunda, maşınlarda insanların yandığı ehtimal olunur".


Hacıqabul rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, baş verən partlayış nəticəsində 8 nəfər yarlanıb, iki nəfər isə dünyasını dəyişib. Artıq partlayış nəticəsində yaranan yanğının qarşısı alınıb.