Azyaşlı internet istifadəçiləri üçün xoş xəbər

azyasli-internet-istifadecileri-ucun-xos-xeber
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, hal-hazırda saytın “Cizgi filmləri” bölməsi yenilənməkdədir.
Saytın redaksiyasından verilən məlumata görə, bu dəfəki yenilənmədə “Cizgi filmləri” bölməsinin “Filmlər” linkinə 65-dən artıq cizgi filmi yerləşdirilmişdir. Bu filmlər Azərbaycan cizgi filmləri istehsalının ən populyar və ən keyfiyyətli nümunələridir. Beləliklə, bundan sonra balaca istifadəçilər sevdikləri Azərbaycan cizgi filmlərini heç bir çətinlik çəkmədən bir virtual resursdan izləyəcəklər. Redaksiyadan verilən məlumata görə, bu yenilənmə həm ümumi işin davamıdır, həm də balaca istifadəçilərin internetdən faydalı şəkildə yararlanmasına və internet məkanına şüurlu, intellektual şəkildə inteqrasiyasına şərait yaradacaq. Eyni zamanda bununla ümumilikdə ölkəmiz haqqında ətraflı dünyagörüşü formalaşdırmaq üçün uşaqların diqqətini cəlb etmək mümkün olacaq. Linkdə filmlərlə yanaşı, onlar haqqında geniş məlumatlar da öz əksini tapır.