Babası Hacı Məmmədov tərəfindən oğurlanan iş adamı xoşməramlı səfir oldu

babasi-haci-memmedov-terefinden-ogurlanan-is-adami-xosmeramli-sefir-oldu
Oxunma sayı: 1097




«Bakı» futbol klubunun prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsulu təyin edilib.

Bu barədə “Sport favorit” qəzeti məlumat yayıb. Xorvatiya hökuməti 23 yaşlı iş adamı barədə məlumat topladıqdan sonra onun namizədliyi üzərində dayanıb və istəyini Azərbaycan tərəfə bildirib.

İki ölkə arasında münasibətlərin yaxınlaşmasında maraqlı olan Balkan respublikasının rəhbərliyi gözlədiyi cavabı Azərbaycandan alıb.

Nazirlər Kabineti Kənan Məmmədovun fəxri konsul təyin olunmasına razılıq verib.

Qeyd edək ki, Kənan Məmmədovun babası Məcid Məmmədov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov tərəfindən oğurlanıb və onun azad olunması əvəzində ondan 2 milyon avro və 200 min dollar alınıb.

Hacı Məmmədov məhkəmə ifadəsində deyib ki, M.Məmmədovu oğurlayıb azad olunması müqabilində oğlu Hafiz Məmmədovdan bir milyon dollar pul almaq planlaşdırıbmış. Lakin kişinin cibindən 30 min dollar xərclik pul çıxdı. Hafiz Məmmədovla danışıqlar aparanda, o deyib ki, qabaqkı vaxt deyil, indi vəziyyət pisdir, ayda 100 min dollar ancaq qazanır. Bundan sonra məbləği 3 milyon dollara qaldırıb və ondan 2 milyon avro və 200 min dollar alıb.

Və M. Məmmədov girovdan azad ediləndən bir neçə gün sonra dünyasını dəyişib.