Bacı qatili danışdı: “Anamı da öldürəcəkdim...”

baci-qatili-danisdi-anami-da-oldurecekdim
Oxunma sayı: 665

Nərimanov rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qandallanaraq polisə gətirilən 37 yaşlı Nazim Feyzullayev bacı qatili olmasının qəribə səbəb gətirib: “Xəstə adamam, iki gün ömrüm qalıb. Ciyərimdən su axır. İstəmədim ki, mən öləndən sonra onlar yaşasın. Ona görə də, bacım Solmazın yaşadığı evə gəldim. Qapıdan buraxmadığına görə pəncərədən evə girdim və onu öldürdüm. Anamı da öldürəcəkdim, polislər tutdu”.

Özünü ruhi xəstə kimi aparan N.Fərzəliyev üzünü polislərə tutaraq onlara iradını bildirib: “Məni niyə tutub bura gətirmisiniz ki? Onsuz da iki günə ölürəm. Prokurorluğa məni verməyin”.

Onu da əlavə edək ki, Saxlanılan şəxs əvvəllər də narkotik cinayətinə görə 3 il 6 ay məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, dünən axşam saatlarında 37 yaşlı Nazim Feyzullayev bıçaqla 42 yaşlı bacısı Solmaz Feyzullayevanı qətlə yetirib.