“Bakı Ağ Şəhər” haqqında məlumatlar açıqlandı

baki-ag-seher-haqqinda-melumatlar-aciqlandi
Oxunma sayı: 757

“Bakı Ağ Şəhər” Layihəsinin icra qrupundan AzərTAc-a bildirmişlər ki, layihəyə əsasən, rayon Nobel prospektindən cənuba, dənizə doğru uzanacaqdır. Sahil xəttinə paralel keçən küçələr, külli miqdarda ticarət və müxtəlif əyləncə obyektləri rayonun infrastrukturuna xüsusi özəllik verəcəkdir.

Ərazisi 41,9 hektar olacaq rayonda 742 min 410 kvadratmetr yaşayış, 199 min 570 kvadratmetr ofis və 97 min 430 kvadratmetr ticarət sahəsinin inşası nəzərdə tutulmuşdur.