Bakı ilə İsrail arasında gərginlik yaradan şirkət açıqlama verdi

baki-ile-israil-arasinda-gerginlik-yaradan-sirket-aciqlama-verdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun İsrail KİV-nə istinadən verdiyi xəbərə görə, İsrail rejiminin Azərbaycandakı səfirinə etiraz notasının təqdim edilməsi ilə nəticələnən hadisəyə şərh verən baş direktorun sözlərinə görə, səfir Mixael Lotem Dağlıq Qarabağa səfərdən imtina etməklə bağlı ona ona müraciət etməyib: “O, sadəcə olaraq bilmək istədi ki, bizə ora niyə gedirik. Mən isə dedim ki, söhbət turizmdən gedir. Biz yoxladıq, ora getmək olarmı, bununla bağlı isə heç bir problem olmadı. Biz həmişə bunu əvvəldən müəyyənləşdiririk. Ora getməməklə bağlı heç bir təlimat yox idi”.

Abadi onu da qeyd edib ki, əgər bu səfərə qadağa olsaydı, o, heç bir halda bu ekskursiyanın keçirilməsinə razılıq verməzdi: “Bizə ora (Qarabağa) səfər etmək qadağan olunmamışdı, İsrail tərəfindən heç bir problem yox idi”.

Qeyd edək ki, bir müddət əvvəl “Yediot Axronot” nəşri İsrailli turistlərin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı xəbər dərc etmişdi. Bu hadisə Qüds və Bakı arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Azərbaycan xüsusi xidmət orqanları ekskursiyanı təşkil edən şirkətə izahat tələbi ilə müraciət etmiş, daha sonra İsrail səfirinə etiraz notası verilmişdi.