“Bakı, mən səni sevirəm”

baki-men-seni-sevirem
Oxunma sayı: 645

Kinolayihənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə layihənin ssenariləri müzakirə edilib və təsdiq olunub. Hazırda hazırlıq prosesləri gedən filmin çəkilişlərinə mart ayında başlanılacaq. Qeyd edək ki, çəkiliş qrupu fevral ayının 1-dən Bakıdadır.

Layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva,
prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.

Filmin layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya), ssenaristlər Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və
Aleksandr Novotoskiydir (Rusiya).