Bakı üçüncü dəfə kuboku aldı

baki-ucuncu-defe-kuboku-aldi
Oxunma sayı: 663

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. “Qafqazinfo”nun məlumatına görə, “Dalğa Arena”da baş tutan qarşılaşmada “Neftçi” “Bakı” ilə üz-üzə gəlib.

“Neftçi” Unibank Premyer Liqanın çempionu olsa da, Bakı flaqmanın iki qat çempionluq arzusunu ürəyində qoydu. Belə ki, Bakı Neftçinin qapısından 2 cavabsız qol keçirib.

Xatırladaq ki, “Bakı” klubu 3-cü dəfə ölkə kubokunu qazandı. Eyni hadisə 2005 və 2010-cu illərdə də baş tutmuşdu.