Bakıda “avtoş” əməliyyatları keçirilir – Video

bakida-avtos-emeliyyatlari-kecirilir-video-
Oxunma sayı: 659





Son vaxtlar, Azərbaycanda, xüsusən də Bakı şəhərində baş verən yol nəqliyyat hadisələri və bu hadisələrin bir çoxunun ölümlə nəticələnməsi polisi hərəkətə keçirib. “Qafqazinfo”nun xəbərinə görə, ölümlə nəticələnən nəqliyyat hadisələrinin, əsas səbəbkarlarından biri kimi “avtoş”lar günahlandırılır. Elə buna görə də, Bakı polisi “avtoş”lara qarşı ciddi əmaliyyatlara başlayıb.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtı “avtoş”lardan təmizləmək məqsədi ilə, idarənin rəis müavini Səhrab Bağırovun rəhbərliyi altında reydlər keçirir.

Reydlər əsasən, “avtoş”ların toplaşdığı, 5 mərtəbə istiqamətində aparılır. Burada saxlanılan “avtoş”ların maşınları cərimə meydancasına qoyulur. Özləri barəsində isə inzibati qaydada ağır cəzalar çıxarılır. Polis şəhərdə “avtoş”ların kökünü kəsmək niyyətindədir. İdarədən bildirildiyinə görə, “avtoş”larla bağlı keçirilən reydlərdə ən təəccüblü məqam onların azarkeşləri ilə bağlı ortaya çıxır: “Bəzən şəhərin lap ucqar yerlərindən Əhmədlidən, Günəşlidən bu “avtoş”lara azarkeşlik etmək üçün gecə saatlarında beşmərtəbəyə gələn qadınlara rast gəlinir. Bu uşaqlar anlamırlar ki, özləri ilə bərabər başqalarının da həyatlarını təhlükəyə atırlar” .


Qeyd edək ki, Azərbaycanda bu ilin 6 ayında 1278 yol qəzasında 436 nəfər həlak olub, 1361 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu rəqəm vəziyyətin hansı həddə olduğunu göstərsə də, təəssüf ki, vətəndaşlarımız nəticə çıxartmır, Azərbaycan yollarında “avtoş”luq etmək bir yana avtomobillər sanki döyüşə çıxmış kimi idarə olunur.

“Qafqazinfo” “avtoş”ların beşmərtəbə ərazisində göstərdiyi “qəhrəmanlıq” nümunələrindən birini təqdim edir.