Bakıda daha bir nənə və nəvəni maşın vurdu - Kriminal xəbərlər

bakida-daha-bir-nene-ve-neveni-masin-vurdu-kriminal-xeberler
Oxunma sayı: 729

Sentyabrın 9-da M.Hadi küçəsində Bakı şəhər sakinləri Rüfət Hacıyev şəxsi münasibətlər zəminində Vaqif Süleymanova bıçaq xəsarəti yetirdiyinə görə Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Sentyabrın 9-u saat 15:10 radələrində Böyük şor şossesində Əbdüləzim Əliyev idarə etdiyi 89 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla Fərrux Musayevin idarə etdiyi «Mersedes» markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, F. Musayev hadisə yerində ölmüş, «Daewoo»nun sərnişinləri Asim Əsgərov, Əhəd Kazımov, Ülkər Xəlilova, Aynurə Məmmədzadə və Ruhiyyə Vəliyeva 3 saylı xəstəxanaya yerləşdirilmişdir.

***

Sentyabrın 9-u saat 12:15 radələrində Nobel prospektində Bakı şəhər sakinləri Fuad Əsgərov idarə etdiyi «Opel Vectra» markalı avtomobillə Nəzakət Abbasovanı və nəvəsi Aytacı vurmuşdur. Nəticədə, N.Abbasova və nəvəsi ölmüşdür.

***

İyulun 27-də Bakı şəhər sakini Famil Verdiyevə məxsus G.Əliyev küçəsində yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə 150 manat, ərzaq malları, iyulun 28-də isə həmin küçədə yaşayan Cəlal Məmmədova məxsus mağazadan qapını sındırma yolu ilə 160 manat, mobil telefon, tütün məmulatları və spirtli içkilər oğurlanmışdır. Səbail RPİ CAŞ və 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, Əhməd Bağırov, Orxan Abdullayev və Salyan rayon sakini Mənsur Musayev sentyabrın 9-da yaxalanmışlar.

***

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsi ilə axtarışda olan Rüfət Quluzadə sentyabrın 9-da yaxalanmışdır.

***

Avqustun 8-i saat 04:45 radələrində naməlum şəxs H.Əliyev prospektində Bakı şəhər sakini Rafiq Əşrəfovun taksi kimi idarə etdiyi «VAZ-2106» markalı avtomobilinə sərnişin kimi əyləşərək Tolstoy küçəsinə sürdürmüş, yolda bıçaqla qolundan xəsarət yetirərək pulunu və mobil telefonunu almışdır. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Əliyev sentyabrın 9-da yaxalanmışdır.