Bakıda Ədliyyə Nazirliyinin əməkdaşı intihar etdi

bakida-edliyye-nazirliyinin-emekdasi-intihar-etdi
Oxunma sayı: 661

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Xocalı prospekti, ev 2, mənzil 26 ünvanında yaşayan 32 yaşlı Samir Nazim oğlu Əliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Xətai rayon Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisənin intihar olub-olmadığı hələlik məlum deyil. S.Əliyevin bədbəxt hadisə nəticəsində binadan yıxılması da istisna edilmir. Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.
S.Əliyev Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsində çalışıb, ədliyyə kapitanıdır.