Bakıda erməni idmançılara hücum edildi

bakida-ermeni-idmancilara-hucum-edildi
Oxunma sayı: 643

Qarabağ Azadlıq Təşkilatının bir neçə fəal üzvü çempionatın keçirildiyi Heydər Əliyev adına İdman Kompleksində erməni idmançılarını daşa basıb.


QAT sədri Akif Nağının musavat.com-a verdiyi məlumata görə hadisə ilə bağlı 7 nəfər polis tərəfindən saxlanılıb: "Bir neçə gün olar ki, biz bu aksiyamıza ciddi şəkildə hazırlıq görürük. Bu gün öyrəndik ki, erməni idmançıları rinqə çıxacaqlar. Erməniləri rinqdə görər-görməz daşa basdıq. Polis müdaxiləsi ilə qarşılaşdıq. İndi QAT fəallarından 7 nəfərini Nəsimi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda rəis müavini Süleyman Nemətov onlara işgəncə verir".

A.Nağı həmçinin bildirdi ki, məqsədləri ermənilərin Azərbaycana gəlməsinə mane olmaq, yarışda iştiraklarını əngəlləməkdir: "Əgər sözümüzü eşitməsələr radikal aksiyalarımıza davam edəcəyik".