Bakıda güclü külək davam edəcək

bakida-guclu-kulek-davam-edecek
Oxunma sayı: 664

Bakıda və Abşeron yarımadasında həftənin ilk günləri güclü küləklərlə keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-də güclü cənub-qərb küləyi, 3-də isə güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 2-dən 3-nə keçən gecə yağış yağacağı gözənilir.

Sabah paytaxtda və yarımadada havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, lakin axşam buludluluğun artacağı, gecəyə doğru az yağış yağacağı ehtimalı var. Güclü cənub-qərb əsəcək, havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 2-si gündüz havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Arabir güclənən cənub-qərb küləyi bəzi yerlərdə güclü olacaq, havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta olacağı gözlənilir.