Bakıda iş adamı güllələndi

<b>Bakıda iş adamı güllələndi</b>
Oxunma sayı: 438

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 16.30 radələrində Suraxanı rayonu ərazisində yerləşən “Altun” şadlıq evinin həyətində qeydə alınıb. Şadlıq evinin sahibinin oğlu, Türkel Əsədullazadə “Badü-kübə” tikinti şirkətinin sahibi, 52 yaşlı Ədalət Qəmbərovu və şirkətin daha bir əməkdaşı, 43 yaşlı Samir Məmmədovu güllələyib. Nəticədə S. Məmmədov hadisə yerindəcə keçinib. Ə. Qəmbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən T. Əsədullazadə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisəyə adıçəkilən şəxslərin arasında yaranmış şəxsi ədavət səbəb olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi