Bakıda məşhur ticarət mərkəzindən oğurluq edənlər tutuldu

bakida-meshur-ticaret-merkezinden-ogurluq-edenler-tutuldu
Oxunma sayı: 673

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də "Life Centre" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32 min dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulublar.