Bakıda oğlan sevdiyi qızı qətlə yetirdi

bakida-oglan-sevdiyi-qizi-qetle-yetirdi
Oxunma sayı: 756

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, mayın 28-də V.Əliyev küçəsində 24 yaşlı Pərviz Paşapur hələlik məlum olmayan səbəbdən 18 yaşlı Günel Nəsirovanı qətlə yetirib. Hadisə küçənin ortasında baş verib.

Şəki şəhər sakini olan Pərviz Paşapurun öldürdüyü G.Nəsirova onun sevdiyi qız olub. Bir neçə dəfə elçilərini Günelin evinə də göndərən Paşapur “yox” cavabı alıb. Hadisə baş verən gün də G.Nəsirovanın evinin yaxınlığına gedərək onu həyətə çağırıb. Günelə onu sevdiyini və yenidən elçi göndərəcəyini deyib. Lakin qız onun istəyinə qarşı çıxaraq onu sevmədiyini bildirib. Qəzəblənən Pərviz Günelə küçənin ortasında çoxsaylı bıçaq zərbələri vurub.

P.Paşapur tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.