Bakıda partlayış baş verib - Xəsarət alanlar var

bakida-partlayis-bas-verib-xesaret-alanlar-var
Oxunma sayı: 664

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, bu gün Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv. m olan dördotaqlı evin yataq otağında təmir işləri aparılan zaman ani alışma nəticəsində partlayış baş verib.

Partlayış zamanı yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə, 1 ədəd "MİTSUBİSHİ" markalı kondisioner qarsalanmış və pəncərə çərçivəsi haşiyədən çıxıb. Hadisə zamanı həmin evdə usta işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb və aidiyyətı üzrə təhvil verilib.