Bakıda partlayış - 3 ölü

bakida-partlayis-3-olu
Oxunma sayı: 752

Partlayış ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, mərhum Ağagülov Rövşən partlamış sexin rəisi olub. Digər ölən iki şəxs isə həmin vaxt hadisə yerində işləyən qaz idarəsinin işçiləri olub.

Nərimanov rayon Prokurorunun müavini Cavid Quliyevin verdiyi məlumata görə, partlayış zamanı 42 yaşlı Rövşən Ağagülov, 21 yaşlı Nurlan Xəlilov və 40 yaşlı Asəf Vahabov dünyalarını dəyişiblər.

Prokuror müavini daha 3 nəfərin xəsarət aldığını dedi, onlardan yalnız Rüstəm Şükürovun şəxsiyyəti müəyyənləşdirilib.