Bakıda “Prado”dan pul oğurlandı

bakida-pradodan-pul-ogurlandi
Oxunma sayı: 669

Mayın 28-də Lermantov küçəsində Abşeron rayon sakini Etibar Mehralıyevə məxsus «Toyota-Prado» markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə içərisində 470 manat olan əl çantası, iyunun 1-də Cəfərov qardaşları küçəsində Bakı şəhər sakini Anar Yusifzadəyə məxsus «Hyundai» markalı avtomobildən eyni üsulla içərsində 370 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon, bankomat kartları olan əl çantası, iyunun 17-də Neftçilər prospektində Sumqayıt şəhər sakini Elnarə Şahsuddinovaya məxsus «Nissan» markalı avtomobildən içərisində 370 manat, mobil telefon və şəxsi sənədələr olan əl çantası oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Rüfət Əhmədov və Bakı şəhər sakini Qalib Kərimov iyunun 22-də tutulub.

Yanvarın 1-nə keçən gecə Binə qəsəbəsində yaşayan Rüxsarə Rəhimovanın evindən 210 manat və qızıl-zinət əşyaları, fevralın 9-da Binə qəsəbəsində yaşayan Kənan Sadıqovun evindən istilik sistemi avadanlıqları, elektrik cihazları, mayın 30-da Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yaşayan Şamil Zakirovun evindən isə 1060 manat və 2 ədəd mobil telefonu gizli yolla talan edilib. Xəzər RPİ CAŞ, 2-ci və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Vyaçeslav Nesterov iyunun 22-də tutulub. Eyni zamanda müəyyən edilib ki, 2011-ci dekabrın 1-də Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsi M.Dadaşov küçəsində yaşayan Minayə Nərimanovanın evindən 800 ABŞ dolları və qızıl-zinət əşyaları V.Nesterov gizli yolla talanıb.

Mayın 30-da Dübəndi bağ massivində yaşayan Faiq Bəxtiyarova məxsus «VAZ-2106» markalı avtomobil evinin qarşısından qaçırılıb. Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Neffçala rayon sakini Qələmşah Zalov iyunun 22-də tutulub, avtomobil isə Xırdalan şəhərində saz vəziyyətdə aşkarlanıb.

Dekabrın 2-i 2011-ci il tarixdə Biləcəri qəsəbəsi Ordubadi küçəsində naməlum şəxs qəsəbə sakini Fatma Məmmədovanın içərsində 80 manat, mobil telefon, kredit kartı və açarlar olan əl çantasını əlindən alaraq qaçıb. Binəqədi RPİ CAŞ və 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Rəşad Qurbanov iyunun 22-də saxlanılıb.

İyunun 13-nə keçən gecə Sabunçu qəsəbəsi Namiq Şəmsiyevə məxsus yaşadığı ünvanda yerləşən mağazadan qapını sındırmaq yolu ilə ərzaq malları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Həsənzadə, Elvin Məmmədov, Oruc Rüstəmov və Kənan Bayramzadə iyunun 22-də tutulub.