Bakıda qəza: ölən var

bakida-qeza-olen-var
Oxunma sayı: 707

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Martın 8-i saat 20 radələrində, Xoyski küçəsi 83-ün qarşısında Neftçala rayon sakini Müşviq Həziyev Salyan rayon sakini Aslan Məcidovun idarə etdiyi “Daevoo” markalı 133 saylı xətt avtobusundan 44 manat götürüb qaçdığına görə DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq Nərimanov RPİ 16-cı PB-yə təhvil verilib.

Martın 8-i saat 12 radələrində, Mərdəkan qəsəbəsində Əzim Babayevin idarə etdiyi “Daevoo” markalı 141 saylı xətt avtobusu ilə Rafiq Sultanəhmədovun idarə etdiyi “QAZ-53” markalı yük avtomobili toqquşub. Nəticədə R.Sultanəhmədov hadisə yerində ölüb, sərnişi Teymur Zaliyev və avtobusun sərnişi Faiq Cəbrayılov xəstəxanaya daxil olublar.

Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Akif İsmayılov martın 8-də yaxalanıb. Məlum olub ki, o, fevralın 29-na keçən gecə C.Cahangirov küçəsində İbraləi Qədiməliyevə məxsus “Ford” markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon, martın 7-də isə Balaxanı qəsəbə sakini Bəxtiyar Əliyevə məxsus Şəhər şossesi yeni yaşayış sahəsində yerləşən sexdən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə laqonda, qaynaq aparatı və kompressor oğurlanıb.

Suraxanı RPİ NMB və 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vəliməmməd Tağıyevdən 465 qram narkotik vasitə olan marixuana aşkar edilib.