Bakıda tükürpədən sevgili qətli

bakida-tukurpeden-sevgili-qetli-
Oxunma sayı: 773

Bakının suraxanı rayonunda amansız qətl olub. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, gənc qadının azyaşlı övladının gözü qarşısında başı kəsilib. Belə ki, bu gün saat 13 radələrində 35 yaşlı Əminə Qədimova yaşadığı evin həyətində sevgilisi Fikrət Cavadov tərəfindən amansızlıqla qətlə yetirilib.

O, Əminəyə 7 bıçaq zərbəsi vurub, boynunu kəsib. Qanlı cinayət Əminənin 12 yaşlı övladının gözü qarşısında baş verib. F.Cavadov tutularaq istintaqa verilib. O, qətli qısqanclıq üstündə törətdiyini deyərək özünə haqq qazandırıb.

Onu da əlavə edək ki, Ə.Qədimova bir müddət əvvəl ərindən ayrılıb və ofisiant işləyib.