Bank müdirinin saxtakarlığı

bank-mudirinin-saxtakarligi
Oxunma sayı: 779

“Qafqazinfo” xəbər verir ki, məlumatda vətəndaş Emil Xasməmmədovun “RoyalBank” ASC-nin Tovuz filialından saxta sənədlər əsasında adına kredit götürülməsi barədə “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırıldığı bildirilir. Nəticədə müəyyən edilib ki, Vüqar Qurbanov “Royalbank” ASC-nin Tovuz filialının sabiq müdiri Ədalət Müseyibov ilə cinayət əlaqəsinə girərək E. Xasməmmədovun şəxsiyyət vəsiqəsinin surətinin onlarda olduğundan istifadə etməklə sonuncunun adına saxta kredit müqaviləsi tərtib edərək həmin filialdan 1500 manat nağd pul şəklində kredit götürüblər. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır.