“Barselona”da inqilab!

barselonada-inqilab
Oxunma sayı: 750

“Qafqazinfo”nun “As” nəşrinə istinadən verdiyi xəbərə görə, Rossel bu mövsümün sonunda “Barsa” ilə müqavilə müddəti başa çatacaq baş məşqçi Pep Qvardiolaya yeni müqavilə təklif etmək niyyətində deyil. Onun əvəzinə isə hazırda “Atletik Bilbao”nu çalışdıran argentinalı Marselo Bielsanın komandaya gətiriləcəyi bildirilir. Klub prezidenti 56 yaşlı mütəxəssisin vaxtilə Argentina və Çili yığmalarında işlədiyi üçün Messi ve Aleksis Sançeslə “dil tapacağını” düşünür.
Qeyd edək ki, 2008-ci ildən “Barsa”ya başçılıq edən Qvardiola komanda ilə üç dəfə İspaniya çempionluğunu, iki dəfə Çempionlar Liqasını, iki dəfə UEFA superkubokunu, üç dəfə İspaniya superkubokunu, iki dəfə dünya kubokunu, bir dəfə isə İspaniya kubokunu qazanıb.

Ceyhun Əhmədov