Baş məşqçinin başını yardılar

bas-mesqcinin-basini-yardilar
Oxunma sayı: 638

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, matçın gedişində tribunadan atılan bərk əşya "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəyib.
Nəticədə gürcü mütəxəssis ciddi xəsarət alıb. Komandanın həkimləri hadisə yerində Tsxadadzeyə təcili yardım göstərib.
Bu səbəbdən baş məşqçi oyunsonrası mətbuat konfrasında iştirak edə bilməyib. Onu köməkçisi Giorgi Çixradze əvəz edib.
"İnter" bəyanat yayaraq, baş verən hadisəni pisləyib və belə insidentlərin bir daha təkrarlanmaması üçün müvafiq qurumların lazımi tədbirlər görməyə çağırıb.