BAXCP Türkiyənin Zəfər Bayramını qeyd etdi

<b>BAXCP Türkiyənin Zəfər Bayramını qeyd etdi </b>
Oxunma sayı: 361




Bu gün avqustun 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələr gününün 89-cu ildönümü münasibətilə tədbir keçirdi.
BAXCP rəhbərliyi və partiya fəalları Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün Türkiyə səfirliyi qarşısındakı parkda yerləşən abidəsini ziyarət edib, əklil qoyublar. Tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edərək, bu günün qardaş Türkiyə Cümhuriyyətinin və bütövlükdə Türk Dünyasının tarixində böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Qeyd edək ki, 30 avqust Zəfər Bayramı şanlı Türk Ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə Anadolu torpaqlarını işğal etməyə çalışan işğalçılar üzərində qələbəsinin şərəfinə hər il qeyd olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi