“Bayağılıq, şitlik, sünilik…”

bayagiliq-sitlik-sunilik
Oxunma sayı: 682

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
"Biz ölkədə televiziya kanallarının serial çəkməsinə yox, prodakşınların serial çəkməsinə maraqlı olmalıyıq. Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar”, -deyə şura sədri bildirib.

Hazırda göstərilən serialların keyfiyyətinə gəlincə, şura sədri qeyd edib ki, bir il öncə ilə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var: “Amma bu serialların keyfiyyətindən tam razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır. Amma onu da qeyd etməliyik ki, bu nöqsanlar tədricən aradan qaldırılır. 4 ay əvvəl baxdığımız seriallarla indi baxdığımız seriallar arasında həm aktyorların seçilməsində, həm də keyfiyyət baxımından böyük fərq var".