“BBC-dən çox şey gözləyirəm” - Zidan

bbc-den-cox-sey-gozleyirem
Oxunma sayı: 1715

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan bu gün “Barselona”ya qarşı keçirəcəkləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis ilk dəfə baş məşqçi kimi çıxacaq qarşılaşmanı şərh edib. O, Kərim Benzema, Qaret Beyl və Kriştianu Ronaldo (BBC) üçlüyündən çox şey gözlədiyini deyib: “Biz yaxşı hazırlaşmışıq. Benzema, Ronaldo və Beyl üçlüyündən çox şey gözləyirəm. Görəcəyik “BBC” bu gün nə edəcək? Ümid edirəm ki, onlar “Barselona”ya qarşı yaxşı çıxış edəcəklər. Bu matçın əhəmiyyətini hamımız bilirik. Bu matçda yalnız qələbə qazanmaq lazımdır. Mən də bu klubda futbolçu olmuşam. Hər şeyi dərk edirəm. Mövsümün sonunu indidən düşünmürəm. Bu gecə diqqətimiz yalnız qarşılaşmaya yönəlib”.

Zidan mövsümün ilk oyununda “Barselona”ya 0:4 hesabı ilə uduzduqları oyunu xatırlamağı lazım bilməyib: “İlk dövrədə məğlub olduğumuz oyunu xatırlamaq istəmirəm. Çünki həmin matçda baş məşqçi Rafael Benites idi. Doğrudur, həmin qarşılaşmanı analiz etmişəm. Ümid edirəm ki, düzgün qərarlar verəcəyik”.