“BBC News”un canlı efirində nəhəng hörümçək - Video

bbc-newsun-canli-efirinde-neheng-horumcek
Oxunma sayı: 3049

Britaniyanın “BBC News” telekanalının canlı efirində maraqlı anlar yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, TV-ni izləyən tamaşaçılar qonağın arxasındakı monitorda qaçan nəhəng hörümçəyin şahidi olub.  

Proqram bitdikdən sonra aparıcı Şon Ley bunun studiyada işləyən iki kamera ilə əlaqəli olduğunu bildirib. Belə ki, kameralardan biri qonağı çəkib, digəri isə Qlazqo şəhərinin panoramını. İkinci kameranın üstündə gəzən hörümçək də avtomatik efirə düşüb.