“Berti Foqts Azərbaycan xalqını aldadır”

<b>“Berti Foqts Azərbaycan xalqını aldadır”</b>
Oxunma sayı: 400

“Qafqazinfo”nun futbol365.az saytına istinadən verdiyi məlumata görə bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. Sabiq baş məşqçinin sözlərinə görə Berti Foqts Azərbaycan xalqını aldatmaqla məşğuldur: “Nəyəsə iddia etdikdə buna əsas olmalıdır. Əgər, Azərbaycan yığması AÇ-2016-nın final mərhələsinə iddialıdırsa, bu gün bizim 19, 21 yaşlardan ibarət mililərimiz nəsə qazanmalıdır. Amma hələ ki biz aşağı yaş qruplarında da uğur əldə edə bilmirik. Foqtsun dedikləri tamamilə absurddur. O, Azərbaycan xalqını aldatmaqla, barmağına dolamaqla məşğuldur. Alman məşqçi millimizdə daha çox qalmaq üçün belə fikirlər səsləndirir. Amma unutmasın ki, bu ölkədə də futbolu başa düşənlər var”.

Şahin Diniyev bildirib ki, Azərbaycan yığmasının potensialı Avropa Çempionatının seçmə mərhələsəində sonuncusu olmamağa çatır: “Təxminən 5 ildən sonra millimizdə indiki U-21 komandamız oynamalıdır. Onların da final mərhələsinə çıxmaq potensialından danışmağa dəyməz”.

Xatırladaq ki, Berti Foqst ötən gün keçirdiyi mətbuat konfransında millimizin AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanmaq şansının olduğunu iddia edib.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi