“Bəs bu Azərbaycan nədir?!”- Günün şeiri

bes-bu-azerbaycan-nedir-gunun-seiri
Oxunma sayı: 677






Bəs bu Azərbaycan nədir?!

Nədən burda xeyir də şər,
elə şər də bir təhərdi,
sinəmə dirənən güllə,
ya məni boğan qəhərdi?
Canımda can qalmayıbsa,
bəs ağrıyan bu can nədir?
Tanrım, dünyanı anlatdın,
nolar, xəlvəti de mənə:
- Bəs bu Azərbaycan nədir?!
Nə bir-birimizi, ilahi,
nə Səni anlaya bilmirik,
gecə-gündüz banlayırıq,
ancaq bir səhər açılmır,
bəlkə banlaya bilmirik?!
Deyirlər day banlamayın,
fərələr ölkəsi olaq,
banlayanları təkləyək,
elə başını qaldıranı,
yerindəcə dimdikləyək.