“Beşiktaş” növbəti tura yaxınlaşır

besiktas-novbeti-tura-yaxinlasir
Oxunma sayı: 685

Türkiyənin “Beşiktaş” klubu Rikardu Kuarejmanın dəqiq zərbəsi sayəsində səfərdə İsrailin “Makkabi” klubu üzərində vacib qələbə qazanıb.

Oyunda hesabı “Beşiktaş” açıb. Birinci hissənin sonlarına yaxın Rikardu Kuarexma fərqlənib. İkinci hissənin ilk dəqiqələrində isə İbrahim Toromanın qolu Türkiyə klubunun üstünlüyünü daha möhkəmləndirib.

Hamı oyunun “Beşiktaş”ın böyük hesablı qələbəsi ilə başa çatacağını düşündü bir vaxtda “Makkabi” hesab arasındakı fərqi azaltdı. 59-cu dəqiqədə küncdən zərbəni Şeran Yeyni qola çevirdi - 1:2. Bu da son deyildi. 70-ci dəqiqədə İsrail klubu meydana təzəcə çıxmış Moşe Loqasinin qolu ilə hesabı bərabərləşdirdi.

Lakin “Beşiktaş” mübarizəni sona qədər apardı və bu, oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə öz bəhrəsini verdi. Cərimə meydançasının yaxınlığında ötürmə alan Rikardu Kuarejma üç müdafiəçini ceridə qoyaraq, “qara qartallar” üçün çox mühüm əhəmiyyət daşıyan qolu vurdu - 2:3.

Beləliklə, “Beşiktaş” E qrupunda ikinciliyi əlində saxladı. Paralel qarşılaşmada Kiyev “Dinamo”sunun “Stok Siti” ilə sülhlə ayrılması da İstanbul klubu üçün “göydəndüşmə” oldu.