Bəy və gəlin qəzaya düşdü

<b>Bəy və gəlin qəzaya düşdü </b>
Oxunma sayı: 326

SİA-nın Aran bürosuna məlumat verən DYP inispektoru Xanbaba Fərəcov bildirib ki, gecə saat 01:30 radələrində Bakı Qazax yolunun 79-cu kilometrliyində, Hacıqabul rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində Bakıdan İmişliyə tərəf hərəkətdə olan sürücü 1958-ci il təvəllüdlü Şıxəliyev Əyyub Qulu oğlunun idarə etdiyi "Nissan Sunny" markalı 10 VB 892 nömrəli minik avtomabili qarşıda hərəkət edən "KamAZ" markalı yük maşınına çırpıb.

KamAZ markalı maşının sürücüsü isə hadisə yerindən qaçıb. Hadisə zamanı avtomobildə olan sürücü və sərnişinlər 1968-ci təvəllüdlü Rəhimov Seyidbəyli Cəmil oğlu, 1992-ci il təvəllüdlü Rəhimli Mirfariz Seyidbəyli oğlu, 1993-cü il təvəllüdlü Haqverdiyeva Gülgün Elçin qızı, 1969-cu il təvəllüdlü Əliyev Əflatun Əsgər oğlu və 2000-ci il təvəllüdlü Əliyev Qasım Əflatun oğlu xəsarət alaraq yaralanıblar.

Gülgün Haqverdiyevanın vəziyyəti ağır olduğunda hadisə yerindən Bakı şəhərinə, digər yaralılar isə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Məlumat üçün bildiririk ki, Mirfariz Rəhimli ilə Gülgün Haqverdiyevanın həmin gün Bakı şəhərində toy mərasimləri olub. Bakıdan olan gəlin və İmişli rayon sakini olan bəy avtomobillə İmişliyə qayıdarkən qəzaya uğrayıblar.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi