Beynəlxalq qrant qalmaqalı baş verdi

beynelxalq-qrant-qalmaqali-bas-verdi
Oxunma sayı: 678

“Avropa Komissiyasının Azərbaycan QHT-lərinə böyük həcmli qrantlar ayırması müsbət haldır və bunu 3-cü sektor yüksək dəyərləndirir. 2008-ci ildən bəri ayrılan qrantlar vətəndaş cəmiyyəti quruculuğunda, QHT-lərin məsuliyyətinin arırılmasında, bilik və bacarıqlarının yeni mərhələyə qədəm qoynasında mühüm rol oynayıb. Bununla bərabər, 2007-ci ildən başlayaraq, Azərbaycan QHT-lərinin maliyyə dayanıqlığında ciddi problemlər yaşanmaqdadır. Eyni zamanda, yüzlərlə donorlar Azərbaycan QHT-lərinə maliyyə ayırmaqdan imtina ediblər və nəticədə QHT-lər üçün maliyyə boşluğu yaranıb. QHT-lərə Dövlət Dəstəyi Şurası isə bu boşluğu qismən doldurur. Amma QHT-lərin başı üzərindən asılan “Demokl qılıncı” günü-gündən daha sürətlə açağı enməkdədir. Bu isə 3-cü sektorun qismən sıradan çıxması ilə nəticələnə bilər. Məsələnin qorxulu tərəfləri ondadır ki, proses başlayıb və artıq onlarla QHT-ni udub.

Əfsuslar ki, Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin son müsabiqəsinin nəticələri də bu hökmü gücləndirdi. Müsabiqənin qalibləri arasında beynəlxalq təşkilatlar və onların Azərbaycandakı fillialları var. Hətta, bir QHT həmkarımın mənə verdiyi məlumata görə, qaliblər arasında olan Save the Children beynəlxalq təşkilatı ərizəsini təyin olunan vaxtdan 15 dəqiqə gec təqdim edib. Maraqlı hal burasındadır ki, Avropa Komissiyası konsepsiya sənədlərini qəbul edən zaman, bir neçə dəqiqə gecikən yerli QHT-lərin ərizəsini gec təqdim etdiyinə görə müsabiqəyə buraxılmamaq haqqında məktub da göndərmişdi. Əlbəttə, Save the Children təşkilatının adını çəkməyim, sadəcə əlimdə olan faktı söyləmək lüzumundan irəli gəldi. Lakin, onun dəyərli və lazımlı bir təşkilat olduğunu da vurğulamaq istərdim. Amma, qanunlar hamı üçün bərabər olmalıdır.

Beynəlxalq donorların Azərbaycan QHT-lərinə maliyyə yardımını dayandırmasında bir neçə əsas faktor mövcuddur: 1-ci faktor ondan ibarətdir ki, Azərbaycan neft və qaz ixracatından milyardlarla vəsait qazanır. Bunu əsas gətirən donorlar daha kasıb ölkələrdə işləməyə üstünlük verdiklərini vurğulayırlar. 2-ci faktor Azərbaycan QHT-lərinin ingilis dilində layihə təqdim etmək bacarıqlarının zəif olması ilə əlaqədardır. Buna görə də, Azərbaycan beyin mərkəzləri, universitetləri, institutları milyonlarla dollar həcmində verilən elmi-tədqiqat, tibbi qrantlar və ətraf mühitin qorunması ilə bağlı olan layihə müsabiqələrində iştirak edə bilmirlər. 3-cü faktor isə Azərbaycan QHT-lərinin daha güclü olduğu demokratiya və insan hüquqları sahəsində Azərbaycanın göstəricilərinin yaxşılaşmamasıdır. Demokratiya və insan hüquqları sahəsində verilən layihələrin həcmi kəskin şəkildə azalmışdır. Bu tip layihələrin yenidən artacağı, Azərbaycanda ciddi siyasi və demokratik islahatların aparılmasından sonra gözlənilə bilər. Bu zamanı gözləyənə kimi isə, bu sahədə çalışan QHT-lərin sıradan çıxması şübhə doğurmur. Cənubi Qafqaz üçün nəzərdə tutulan qrantların əksəriyyətini Gürcüstan QHT-ləri alır. Çünki, donorlar düşünür ki, Gürcüstan demokratik təsisatlar qurmaqda səmimidir və bu fondlara ehtiyacı var.

Razi Nurullayev çıxış yollarına da toxunub: “Avropa Komissiyası yerli QHT-lərin sıradan çıxmasının qarşısını almaq və ya onun iştirakçısı olmamaq üçün Azərbaycan üçün nəzərdə tutulan layihələrla bağlı meyarlar müəyyənləşdirməlidir. Bu meyar isə aparıcı təşkilatların yerli QHT-lər olmasını, tərəfdaşların isə beynəlxalq QHT-lərin və onların yerli filiallarının ola bilməsini özündə ehtiva edə bilər”.

Digər məsələlərə toxunan ekspert maraqlı təkliflər səsləndirib: “neft və qaz faktoruna görə Azərbaycan QHT-lərinə dəyən ziyanı, hökumət qarşılamalıdır. Çünki, neft və qazın ixracatından daxil olan vəsaitlər ucbatından Azərbaycan QHT-ləri iflasla üzləşib. Amma, hökumətin QHT-lərə Dövlət Dəstəyi Şurası xətti ilə ayırdığı vəsait bu itgini cəmi 5-8% civarında kompensasiya edə bilir. Ayrılan vəsaitlərin də həcmi çox kiçikdir və QHT-lərin dayanıqlığını təmin edə bilməz. Məhz, bu faktoru nəzərə alaraq, hökumət QHT-lərə dəyən bu ziyanı təbii fəlakət kimi dəyərləndirməli və bu zərərin dəyərini ödəməlidir. Üsul və yolları isə müzakirə nəticəsində meydana çıxa bilər”.

Razi Nurullayev beynəlxalq donorlara tövsiyyə də verməyi unutmayıb: Demokratiya və insan hüquqları sahəsində Azərbaycana ayrılan vəsaitlərin ya azaldılması, ya da təmamən kəsilməsi, düzgün yanaşma deyil. Demokratiya əliyalın və acqarına yaradıla bilməz. Bunun üçün, vətəndaş cəmiyyəti, geniş anlamda bu proseslərə cəlb olunmalıdır. Yoxsa, gözləmək ki, Azərbaycan demokratiya yoluna qədəm qoysun və bundan sonra dəstək verək konsepsiyası işləməyəcək və ciddi də önəm verilə bilməz. Əgər Azərbaycan, doğurdan da demokratik inkişaf yoluna qədəm qoymaq istəyərsə, bu zaman ölkədə kifayət qədər vəsait tapılacaq ki, bunu irəli apara bilsin. Kömək vətəndaş cəmiyyətinə bu gün lazımdır”.

Ekspert QHT-lərin ofis probleminə də diqqət çəkmişdir: “Əksər QHT-lərin ofis problemi var. Tədbirlərini keçirmək üçün konfrans zallarını kirayələmək üçün də vasaitləri çatışmır. Buna görə də Azərbaycanda QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün ciddi təşəbbüs vacibdir. Bunun üçün dövlətin vəsaitləri xərclənməlidir. Çünki, bu böyük investisiya tələb edən bir layihədir.