Beynəlxlaq film festivalı başlayır

beynelxlaq-film-festivali-baslayir
Oxunma sayı: 669

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, festivalda kinofimlərə baxış üçün açılış mərasimi “Berlinale Palast”ın əsas salonunda baş tutacaq.

Bu il “Berlinale” film festivalında müxtəlif ölkələrdən 400-ə yaxın film nümayiş olunacaq. Müsabiqənin əsas proqramında 18 film “Berlinale” festivalının əsas mükafatı olan “Qızıl” və “Gümüş” Ayı uğrunda mübarizə aparacaq.

Komissiyaya ingilis rejissor Mayk Li sədrlik edir. Münsiflər heyətinə rejissorlar Əsğər Fərhadi və Fransua Ozon, aktyorlar Ceyk Cillenhol, Şarlotta Gensbur və Barabara Zukova daxildirlər.

Filmlərin qiymətləndirilməsində həmçinin fotoqraf və rejissor Anton Korbeyn və əlcəzairli yazıçı Bualem Sansal iştirik edəcəklər.