Bilal Əliyevin bacısı oğlu qəzaya düşdü – 1 ölü, 1 yaralı

bilal-eliyevin-bacisi-oglu-qezaya-dusdu-1-olu-1-yarali
Oxunma sayı: 886

“Qafqazinfo”nun məlumatına görə, dünən axşam saatlarında Ələt-Astara magistral yolunun təxminən 70-ci kilometrliyində 21 yaşlı Sabit Əliyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bakı istiqamətinə hərəkət edərkən əks istiqamətdən gələn “Daf” markalı yük maşını ilə toqquşub. Yük maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı "VAZ-2106"nın sürücüsü Sabit Əliyev hadisə yerində keçinib, avtomobildə 20 yaşlı Rza İsmayılov isə ağır yaralanıb.

Qəza zamanı “VAZ-2106” iki hissəyə bölünüb.

Qeyd edək ki, yaralı R.İsmayılov xalq artisti Bilal Əliyevin bacısı oğludur. O, hazırda komadadır. Faktla bağlı araşdırma aparılır.