Bin Laden Hyustonun heyranı imiş

bin-laden-hyustonun-heyrani-imis
Oxunma sayı: 657

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Kola Boof deyib ki, “əl-Qaidə” lideri Usamə bin Laden Hyustonun heyranı imiş.

Xəbər saytı olan “WENN”in məlumatına görə, Kola Boof bin Ladenin Amerikaya gedib Uitni Hyustonla tanış olmağı arzuladığını söyləyib.

Kola Boofun 1996-cı ildə Fasda bir məhəllədə Usamə bin Ladenlə yaşadığı bildirilir.

Kola Boof yazdığı avtobioqrafiyada qeyd edib ki, bin Laden dəfələrlə Hyustonun nə qədər gözəl olduğunu, ancaq Amerika mədəniyyəti tərəfindən beyninin yuyulduğunu deyib.