Bir ailənin faciəsi - ana öldü, iki qızı yaralandı

<b>Bir ailənin faciəsi - <font color=red>ana öldü, iki qızı yaralandı</b></font>
Oxunma sayı: 289

APA-nın şimal bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Şabran rayon sakini Abdullayev Güləli Nurəli oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Abdullayeva Tamilla Mehman qızı hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı ailənin iki azyaşlı övladları, 2011-ci il təvəllüdlü Ruqiyyə və 2006-cı il təvəllüdlü Fərqanə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika mərkəzinə yerləşdiriliblər. Fərqanənin vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra onu Bakıda yerləşən xəstəxanalardan birinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi