Bir günün gəlini intihar etdi - Yenilənib

<b>Bir günün gəlini intihar etdi - <font color=red>Yenilənib</b></font>
Oxunma sayı: 375

Rayon Prokurorluğundan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Qiyamadınlı kəndində qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnarə Pərvaz qızı Hüseynova özünü asaraq intihar edib.

Məlumata görə, G. Hüseynovanın dünən toyu olub. O, ötən gün gəlin gəldiyi evdə özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***
Ağcabədi rayonunda toyun yasa dönməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, intihar edən Gülnarə Hüseynova təxminən bir ay əvvəl Bakının Binə qəsəbəsindən qaçırılaraq Yuxarı Qiyamadınlı kəndinə gətirilib. Dünən isə toy məclisi olub. Bəy ilkin dindirməsində həyat yoldaşının özünü öldürməsinə yol açan bəzi versiyalar deyib.

Hazırda meyit müayinə olunması üçün ekspertizaya göndərilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi