Birinci ledinin siyasi proseslərdən xəbəri yoxdur

birinci-ledinin-siyasi-proseslerden-xeberi-yoxdur
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, suallara qısa və lakonik cavab verməklə kifayətlənən Sarkisyan siyasi mövzularda danışmağı sevmədiyini də vurğulayıb. Jurnalistin Serj Sarkisyanla söhbət zamanı siyasi məsələrlə də toxunursunuzmu sualına R.Sarkisyan “Xeyr. Heç vaxt. Siyasi mövzuları sevmirəm” cavabını verib. Siyasi proseslərdən xəbərdar olmadığını deyən ölkənin birinci xanımı ancaq öz peşəsi ilə, xeyriyyəçiliklə maraqlandığını deyib. Eks-prezidentin xanımı Bella Koçaryanla münasibətlərinin yaxşı olduğunbu deyən Sarkisyan Bellanın onun döyüş dostu olduğunu, müharibə vaxtından bir yerdə olduqlarını söyləyib.

Növbəti prezident seçkilərində Serj Sarkisyanın öz postuna qala bilib-bilməyəcəyi ilə bağlı suala isə Rita Sarkisyan “Bilmirəm. Düzünü deyirəm, mənim üçün fərqi yoxdur. Vecimə deyil, o, prezident olacaq, ya yox” deyə cavab verib.



Səidə