“Biz başa düşürük ki, vəziyyət dəhşətlidir”

biz-basa-dusuruk-ki-veziyyet-dehsetlidir
Oxunma sayı: 638


“Qafqazinfo”nun məlumatına görə, Amnesty International Tural Zeynalovun öldürülməsini insan haqlarının kobud şəkildə tapdanması, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə sayğısızlıq kimi dəyərləndirib: “Bu dəhşətli bir hadisədir”.

Bu barədə Amnesty International-ın ABŞ Bürosunun rəhbərlərindən Şilov Stark “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın sədri Eynulla Fətullayevə göndərdiyi məktubda bildirib. Şilov Stark Fətullayevə onları məlmatlandırdığı üçün təşəkkür edib. O, vəziyyətin dəhşətli olduğunu başa düşdüyünü və dəhşətli olayı artıq müzakirə etdiklərini bəyan edib.