“Biz niyə bu sistemdən imtina etməliyik?” - Ramin Musayev

biz-niye-bu-sistemden-imtina-etmeliyik-ramin-musayev
Oxunma sayı: 646

Hazırda Birinci dəstədə 2-ci pillədə qərarlaşan “Karvan” isə özü lisenziyalaşdırma prosesindən imtina edib. Bu isə gələn mövsüm premyer-liqaya aşağı dəstədən heç bir klubun yüksəlməməsi, eyni zamanda, premyer-liqanın autsayderlərinin aşağı dəstəyə yuvarlanmaması ilə nəticələnə bilər. Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qafqazinfo”ya açıqlama verib: “Birinci dəstə klublarının konkret hansı tələblərə cavab vermədiyini bilmirəm. Ancaq 4-cü bənddə göstərildiyi kimi, onların 10 gün ərzində Apelyasiya Komitəsinə şikayət etmək haqqı var. Yəqin ki, müraciət edəcəklər. Etməsələr, heç bir klub elitanı tərk etməyəcək. Çünki biz reqlamenti poza bilmərik. 12 komandalı çempionat və “altılıq” sistemi özünü doğruldur. İndi bir çox Avropa ölkələri - Türkiyə, Rusiya, Belçika “pley-off” sisteminə keçir. Elə isə biz niyə bu sistemdən imtina etməliyik?”

Qeyd edək ki, reqlamentə görə, birinci dəstənin çempionu Unibank Premyer liqasında 12-ci yeri tutmuş komandanı əvəzləməlidir. Birinci dəstədə 2-ci yeri tutan komanda isə elitada 11-ci yerdə qərarlaşmış komanda ilə pley-off matçında münasibətlərinə aydınlıq gətirməlidir.

Ceyhun Əhmədov