“Böyük Ermənistan”

<b>“Böyük Ermənistan”</b>
Oxunma sayı: 402

Əsrlərdən bəri «Böyük Ermənistan» dövləti yaratmaq xülyası ilə yaşayan ermənilər, hələ də nəhəng dövlətlərin qapısı ağzında zənciri boynundan asılı vəziyyətdə mövqe nümayiş etdirir. Nə qədər gülünc görünsə də, ara-sıra sərsəm bəyanatlar səsləndirməyə davam edirlər.

Heç bir tarixi həqiqətlərə söykənməyən qondarma soyqırım məsələsi özünümüdafiə tədbirlərinin gücləndirilməsi üçün ən yaxşı çıxış yoludu. Bir xalqın ki, tarixi, mədəniyyəti məmləkəti yoxdur, amma özünə uydurma tarix yazır, başqalarının mənəvi dəyərlərini oğurlayır, üstəlik, özünün olmayan torpaqlara sahib çıxmaq iddiasında olur. Deməli, o xalqın həm də abırı yoxdur.
Tarixə qısa nəzər salaq.

Guya, 97-ci il öncə, Osmanlı dövləti ölkənin Şərqində, Anadolu vilayətində yaşayan ermənilərə qarşı “soyqırım” həyata keçirmişdir. Bununla da, bir milyondan artıq erməni “soyqırımın” qurbanı olmuşdur. (Bəzi sənədlərdə bu rəqəm iki milyona qaldırılmışdır)

Təcavüzə 1915-ci ildə məruz qaldığını iddia edən ermənilər, nədənsə, soyqırım söhbətinə 1950-ci ildən icrasına başlayıb. O zaman soyqırım iddiası rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. O vaxtdan bəri bütün dünyaya özünü bu cür tanıtım etməyə çalışan ermənilər, əslində, türklərə qarşı həyata keçirdikləri soyqırım faktları ilə daha çox tanınırlar. Dünyanın bir çox ölkələrində uydurma soyqırım siyasətilə bağlı fikirlər birmənalı deyil. Ya bu soyqırım siyasəti bəzi dövlətlər tərəfindən tanınır, ya da tanınmır.
Türkiyəli mütəxəssislər isə bir çox dövlətlərin 24 aprel tarixini qəbul etməsində 5 mühüm amilin olması faktlarını göstərir:

1. Həmin ölkələrdəki erməni azlığı;
2. Türkiyəyə düşmən münasibət;
3. Türkiyənin Avropa birliyində görməmək istəyi;
4. Özünün törətdiyi soyqırıma suç ortabı axtarmaq cəhdi;
5. Din.

Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesiya kimi ölkələrdə işğalçı bir dövlətə qarşı dəstək kampaniyasının olması həmin ölkələrdəki erməni azlığı ilə müşayiət olunur.

Yunanıstan və yunan Kiprin uydurma tarixə həqiqi don geydirməsi, Türkiyəyə tarixi düşmənçilik münasibətlərindən doğur.

Vatikanın uydurma soyqırım siyasətilə bağlı qəti qərarı dini faktorla bağlıdır.
Eyni zamanda Almaniya, Slovakiya və Latviya tarixən qətliamlar törətmiş ölkələr kimi özlərinə ortaq axtarırlar, yəni soyqırım törədən tək biz deyilik.
Fransa və İtaliyanın qərarlarının arxasında, Türkiyənin Avropa birliyinə üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidi.

Türkiyənin tanınmış yazarı Orxan Pamuk Avronyus telekanalına müşahibəsində demişdir: «Əsasında millətçilik və xristianlıq dayanırsa, belə Avropada Türkiyəyə yer yoxdur, yox əgər Avropa azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərlərə söykənirsə Türkiyə özünə orada yer tapa bilər» sitatın sonu.

Dünyanın bir çox ölkələrində humanizm, sülhsevərlik, insan hüquqlarının müdafiəsi kimi dəyərlər təbliğ olunur. Amma kağız üzərində imzalı yazılar, massa arxasında əyləşərkən hüquqi aktların görünüşünə uyğun olaraq, yeni libasların biçilməsilə yadda qalır. Həqiqətdə soyqırıma məruz qalanların bir milyondan artıq köçkünü vətən həsrətilə alışıb yanır. Nədənsə, 20 ildən çoxdur, ətrafı bürüyən alovu heç kəs görmür. Halbuki uydurma tarix yazanlara yardım əllərinin uzadılması kampaniyası davam edir.
Tarix faktlara əsaslanır. O faktlara ki, tarixçilər tərəfindən aparılan araşdırmalar nəticəsində yeni materiallar ortaya çıxır.

Hələ XX əsrin əvvəllərində azəri türklərinə qarşı müxtəlif bölgələrdə soyqırım həyata keçirən ermənilər, insanlığa yaraşmayan hərəkətləri ilə mələk obrazı yaratmaq sevdasından bir türlü vaz keçmək istəmir. Əsrin ən dəhşətli faciəsi olan «Xocalı soyqırım» dünya ictimaiyyətinin gözü qarşısında ədalətli qərarın icrasına başlamaq əmrinin verilməsi tarixini gözləyir. Təəssüf ki, birlik nümayiş etdirən dünya ölkələri hələlik bütün haqsızlığa göz yumur.

Göründüyü kimi, soyuq müharibə şəraitində davam edən münasibətlərin istilik cərəyanı olduqca yüksəkdir. Müxalif qüvvələr arasındakı buzların əriməsi, heç də siyasi meydanda qol çırmayıb oynamaqdan xəbər vermir. Nə qədər ki, suyun üzünü səngimək bilməyən küləklərin əsməsi yırğalayacaqsa, deməli, bu məsələ hələ çox su aparacaq. Uydurma 24 aprel tarixi isə heç zaman mövcud olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi