Böyükağa Hacıyev 4 ən uğurlu məşqçi sırasında

boyukaga-haciyev-4-en-ugurlu-mesqci-sirasinda
Oxunma sayı: 684

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2005/06 mövsümündə “Bakı”nı qızıl medallara daşıyan mütəxəssis bu titulu 1 dəfədən artıq qazanan 4-cü baş məşqçidir.

Belə ki, Hacıyevə qədər Ağasəlim Mircavadov 5, Kazbek Tuayev 4, Mehman Allahverdiyev isə 3 dəfə bu sevinci yaşayıb.

Hacıyev 2 komandanı çempionluğa daşıyan 3-cü baş məşqçi kimi tarixə düşüb. Allahverdiyev bütün çempionluqlarını “Kəpəz”lə yaşadığından yalnız Mircavadov və Tuayev bunu bacarmışdı. Mircavadov “Qarabağ”la 1, “Şəmkir”lə 2, “Neftçi” və “Xəzər Lənkəran”ın da hərəsi ilə 1 dəfə - yəni 4 komanda ilə çempion olub. Tuayev isə 3 dəfə “Neftçi”, 1 dəfə “Turan”da – yəni Hacıyev kimi 2 komandada qızıl medallara sahib çıxıb.

mövsüm çempion
1992 Əhməd Ələsgərov
1993 Ağasəlim Mircavadov
1993/94 Kazbek Tuayev
1994/95 Mehman Allahverdiyev
1995/96 Kazbek Tuayev
1996/97 Kazbek Tuayev
1997/98 Mehman Allahverdiyev
1998/99 Mehman Allahverdiyev
1999/2000 Ağasəlim Mircavadov
2000/01 Ağasəlim Mircavadov
2001/02 Yarımçıq dayandırılıb
2003/04 Kazbek Tuayev
2004/05 Ağasəlim Mircavadov
2005/06 Böyükağa Hacıyev
2006/07 Ağasəlim Mircavadov
2007/08 Valentin Xodukin
2008/09 Qyoko Haciyevski
2009/10 Kaxaber Sxadadze
2010/11 Arif Əsədov
2011/12 Böyükağa Hacıyev