Respublika üzrə maaşların verilməsində problem yaranıb

respublika-uzre-maaslarin-verilmesinde-problem-yaranib-
Oxunma sayı: 778

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən işçilər bildirib ki, beş aydır ki, əmək haqlarını ala bilmirlər. Onlar iddia edir ki, bu problem demək olar ki, respublikanın hər yerində yaşanır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovla əlaqə saxladıq. “Qafqazinfo”ya acıqlamasında o da maaşların gecikdirilməsi faktını təsdiqlədi. Bunun səbəbini isə belə izah etdi: “Fevralın 16-da prezidentin fərmanı ilə Baş Məşğulluq İdarəsi ləğv edildi və Baş Məşğulluq Xidməti yaradıldı, bütün idarəetmə sistemi və struktur dəyişdi. Ona görə də, yeni əmək haqqı sistemi yaratmaq lazım gəldi. Biz bunu artıq Maliyyə Nazirliyinə təqdim etmişik və mən bu gün əlaqə saxlayıb öyrəndim ki, artıq təsdiq olunub və bizə xidməti vəsait ayrılıb”.

Rəis müavini onu da əlavə edib ki, maaşların beş ay gecikməsi faktı düz deyil. Mart ayının əmək haqları verilib, yalnız son iki ayın əmək haqları verilməyib ki, onlar da bir neçə günə veriləcək.

Fatimə Kərimli