Broylerlə bağlı dəhşətli faktlar

broylerle-bagli-dehsetli-faktlar-
Oxunma sayı: 661

İstanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar şok açıqlama ilə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə, Y. Dizdar Türkiyənin “Vatan” qəzetinə müsahibəsində dünyanı bürüyən xəstəliklərin səbəblərini açıqlayıb. O, xərçəng xəstəliyinin əsas səbəblərindən birinin broyler toyuqları olduğunu söyləyib: “Bilirəm sıxılacaqsınız, üzüləcəksiniz, amma həqiqətləri öyrənmək lazımdır. Sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir. Buraxsanız belə tərpənmirlər, əlinizə aldığınız zaman sümükləri qırılır. Bu inanılmaz vicdansızlıqdır. Bunu kəsimdə çalışan dostum danışıb. 1,7 kilo yemlə 1 kilo toyuq əldə edirlər. Çox insan sağlam qidalanmaq üçün ancaq toyuq əti yeyir. Sonra da görürük ki, hər gün bir gənc qadın döş vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bu xərçəngin yaranma səbəbi toyuqlardan alınan bəzi hormonlardır. Bu hormonlar 8 ayda dananı elə böyüdür ki! Qurban bayramlarında belə hormonsuz heyvan yoxdur. Hamısına böyümə hormonu vurulub bazara göndərilir”.

Dostum qızına yumurta verməyi kəsdi, uşaq sağlamlığına qovuşdu...

Y. Dindar deyib ki, yaxın dostunun 10 yaşındakı qızının ayaqları tüklənməyə başlayıb: “Həkimlərdən dəqiq diaqnoz almadıqları üçün valideynləri uşağa nə yedirtdiklərinə diqqət ediblər. Gəldikləri nöqtə yumurta olub. Hər gün bir yumurta yeyən uşağa yumurtanı vermədikdən sonra tüklənməsi keçib. Sonra orqanik (kənd yumurtası) yumurtadan istifadə etməyə başlayıblar. Gündə iki-üç dəfə yumurtlada bilmək üçün toyuğa mütləq bir şey olunmalıdır. Təbii yolla toyuq bu qədər yumurtlaya bilməz. O üzdən qız uşaqları erkən aybaşı olur, oğlanların isə sinələri böyüyür. Qorxunc gedişat var. Bu ölkənin qidalanmasının düzəlməsi lazımdır. Yediyimiz yumurtadan hormon alırıq, süd onsuz da süd deyil, qatıq desən elə...”

Qeyd edək ki, Azərbaycanda da onlarla məşhur və ya qeyri məşhur broyler şirkətləri fəaliyyət göstərməkdədir. Ekspertlər dəfələrlə ölkəmizdə yetişdirilən belə toyuq və toyuq məhsullarının insan orqanizminə zərərli olduğunu deyiblər. Hətta aldığımız məlumata görə, məşhur broyler şirkətlərindən birinin sahibi öz övladına təhsil aldığı təhsil müəssisəsində toyuq və toyuq məhsullarından hazırlanan yeməklərin verilməsini qadağan edib.

Nəticəni özünüz çıxarın...

Nigar Məmmədli