Saakaşvili canlı efirdə söyüş söydü - “Analarını...”

saakasvili-canli-efirde-soyus-soydu-analarini
Oxunma sayı: 653

Gürcüstan prezidenti Mixail Saakaşvili canlı yayımda söyüş söyüb.
Ölkənin “Maestro” teleşirkəti bu süjeti efirdə yayımlayıb. Belə ki, Gürcüstanın yeni təyin olunmuş baş naziri Vani Merabişvili “Rustavi-2” telekanalında canlı yayıma çıxmağa hazırlaşırmış, elə bu anda ona M. Saakaşvili müraciət edir.

Gürcüstan prezidenti deyir ki, Strasburqda Avropa parlamentidə müxalifət koalisiyası “Qruzinskaya meçta”nın təklifi ilə Gürcüstanda vəziyyətə dair keçirilən debatlarda müxalifətçilərin “analarını ağladıblar”. “Onların analarını ağladıblar. Saakaşvili bir neçə dəfə bu ifadəni təkrar edib.

“Maesto” telekanalı da bütün bu deyilənləri olduğu kimi efirə verib. Debatlarda iştirak edən parlamentin deputatı, Respublika partiyasından Tina Xidaşeli ölkənin birinci simasının bu cür terminologiyadan istifadə etməsini “biabırçılıq” adlandırıb və Saakaşvilini tamamilə yalan danışmaqda ittiham edib.

Tina Xidaşvili bildirib ki, debatlarda gürcü səfirləri və lobbiçilərin səylərinə baxmayaraq iştirakçıların böyük əksəriyyəti parlamentdə oktyabr seçkiləri öncəsi gürcü demokratiyasının problemlərindən danışırdılar./anspress/