“Bu bəyanatlar bizi daha da ruhlandırır”

bu-beyanatlar-bizi-daha-da-ruhlandirir
Oxunma sayı: 650

“Qafqaqzinfo”nun məlumatına görə, prezident deyib ki, Azərbaycan məsələnin tezliklə həlli üçün səylərini göstərir: “Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı dörd qətnamə qəbul edib ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Avropa Parlamenti, o cümlədən Bolqarıstan tərəfinin dəstəyi ilə buna bənzər qətnamə qəbul edib. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqeyini bildirib”.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Məsələ beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir. Çünki bu vəziyyətlə barışmaq mümkün deyil. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu və onun həmsədr ölkələri status-kvonun qəbuledilməz olması ilə əlaqədar kifayət qədər ciddi bəyanatlar veriblər. Bu bəyanatlar bizi daha da ruhlandırır. Əminəm ki, bu məsələnin tezliklə həlli bütün ölkələrin marağına cavab verəcək”.